İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani çərşənbə axşamı yerli vaxtla Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında Yaxın Şərq və Suriyadakı vəziyyətlə bağlı deyib: Suriya xalqı hələ də humanitar böhran, təcavüz, xarici işğal və terrorizmdən əziyyət çəkir. Qeyri-qanuni işğal, qeyri-insani sanksiyalar, qaçqınların və məcburi köçkünlərin geri qayıtmasının siyasiləşdirilməsi və Suriyanın yenidən qurulmasına beynəlxalq dəstəyin qarşısının alınması ilə bəzi Qərb dövlətləri Suriya xalqına öz iradələrini tətbiq etməyə çalışdıqları üçün münaqişələrin uzanmasına görə məsuliyyət daşıyırlar.
O, aydınlaşdırıb: Bu cür səylər qeyri-qanuni və qeyri-əxlaqidir və yalnız böhranı uzadacaq və Suriya xalqının əzabını artıracaq. Beynəlxalq ictimaiyyət Suriya xalqını qeyri-qanuni sanksiyaların yaratdığı terror, xarici işğal və iqtisadi terrorla mübarizədə tək qoymamalıdır. Suriyanın suverenliyi, siyasi müstəqilliyi, birliyi və ərazi bütövlüyü Təhlükəsizlik Şurasının qərarları kimi hamı tərəfindən tam şəkildə qorunmalıdır.
Sizin rəyiniz